Azərbaycanlı aparıcı: “6 nəfəri bir gündə dəfn etdim”

“Hadisə hamının başına gələ bilər, hamı qəza törədə bilər. Amma bunu içkili, avara, gözü ayağının altını görməyən edirsə, bir gülləsi əskikdir. Bir gündə 51 yaşında ananı, 23 yaşında nişanlı qardaşı, 29 yaşında 6 və 7 yaşlı iki gül balasıyla birgə bacını və başqa bacımın 5 yaşlı uşağını itirdim”.

 

Ailem.az-ın məlumatına görə, bu fikirləri “Space” telekanalının məşhur aparıcısı Zamirə Dadaşova son günlər yol-nəqliyyat qəzaları zamanı günahsız insanların həlak olması ilə bağlı hadisələrə münasibəti bildirərək yazıb. 

 

Z.Dadaşova deyir ki, hər dəfə  məzarlığa yox, bir evə gedir sanki: “6 nəfəri bir gündə dəfn etdim, özüm də 7 aylıq hamilə idim, artıq gücüm yoxdur. 13 il öncə avqustun 7-də aldığım acı xəbərlə həyatım alt-üst oldu. Allah qoysa, iki ay sonra oğlumun 13 yaşı olacaq. Zaman heç nəyi həll etmir. Çox darıxıram. Heç kimə hiss etdirməsəm də, gülsəm də, danışsam da, əylənsəm də içim özümü, çölüm özgəni yandırır. İnsan məhv olur, içi göynəyir, ürəyi parçalanır, nəfəsi çatmır, boğulur. Hər gün əylənib, dostlar ətrafında olub içərəm ki, heç nəyi düşünməyim. Bu durumda ya dəli olmalısan, ya sərxoş... Ya da ölmək lazımdır. Heç biri də olmur ki, rahatlayasan. Çox pisəm, çox... Hər dəfə məzarlıqdan ölüb qayıdıram”.

LENT

11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017