Dəridəki ölü hüceyrələrdən qurtulun - MASKA

Gözəl görünüş üçün ən əhəmiyyətli faktorlardan biri də dəridir. Təbii və parlaq bir dəri isə özünüzü əla hiss etmənizi təmin edir. Amma təəssüf ki, bəzən ətraf mühit, makiyaj yorulan dəridə pis görünüş yaradır. Ailem.az mineral su ilə dərini təmizləməyin yollarını təqdim edir. Bildirək ki, mineral su içindəki minerallar sayəsində həm ölü dərini, həm də qara nöqtələri yox edəcəyi kimi, dərinizin daha yaxşı təmizlənməsinə də imkan verəcək.

 

Hazırlanması:

 

1. Mineral suyu bir qaba boşaldın və içinə 1 yemək qaşığı badam yağı, 2 yemək qaşığı gil əlavə edərək qarışdırın.

2. Hazırladığınız qarışımı üzünüzə sürtün və 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalayın.

 

Bu maska ​​sayəsində xal-xal görünən məsamələriniz bağlanacaq və dərinizin daha asan təmizlənməsi təmin ediləcək.

 

Əgər bu qədər çox vəsait istifadə etmək istəmirsinizsə, başqa bir yol daha var. Makiyajınızı təmizlədikdən sonra pambığı mineral su ilə isladaraq üzünüzə sürtün. Üzünüzü durulamadan bir gecə gözləyin və səhər oyandığınızda dərinizi yenə mineral su ilə yuyun. Nəticəsi sizi çox məmnun edəcək. 

LENT

11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017