Badamlı peçenyenin HAZIRLANMA QAYDASI

Hər kəs şirniyyatı çox sevir. Xüsusilə də evdə hazırlanan şirniyyatların dadından heç doymaq olmur. Ailem.az evdə badamlı peçenyenin hazırlanma qaydasını təqdim edir.

 

Lazım olan ərzaqlar:

 

1 stəkan yarım un

1 stəkan şəkər tozu

150 qr badam içi

1 stəkan kərə yağı

3 yumurta ağı

1 çay qaşığı qabartma tozu

1 çimdik duz

 

Hazırlanması:

 

Soba 180 dərəcə qızdırılır. Badamlar mətbəx robotunda tamam üyüdülür. Otaq istiliyində yumşalmış kərə yağı ilə şəkər tozu krem ​​halına gələnə qədər çırpılır. İçinə yumurta ağı əlavə olunub çırılpmağa davam edilir. Qatı krem ​​halına gəlincə içinə ələnmiş un, qabartma tozu, duz, üyüdülmüş badam əlavə olunur və taxta qaşıqla qarışdırılır. Üzərinə yağlı kağız qoyulmuş soba qabına qaşıqla bir-birindən aralı şəkildə qoyulur və üstləri qızarana qədər bişirilir.

 

Nuş olsun!

 

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017