Türkiyəli bəy azərbaycanlı gəlini toy maşını ilə təəccübləndirdi – FOTO

Kastamonuda azərbaycanlı xanımla evlənən türkiyəli bəy Kamal Çelikkaya hər kəsi təəccübləndirib.

 

Ailem.az musavat.com-a istinadən xəbər verir ki, o dostlarının vasitəsilə tanış olduğu Nazila Mahsimova adlı xanımı nikah mərasiminə gəlin maşını əvəzinə əldə düzəldilmə motoskletlə aparıb.

 

Çelikkaya uşaqlığından bəri çox sevdiyi və kənddə davamlı əkinçilik üçün istifadə etdiyi nəqliyyat vasitəsini gəlin avtomobili kimi bəzəyib, Türkiyə və Azərbaycan bayrağını da asmağı unutmayıb.

 

Əldə düzəldilmə motoskleti gəlin maşını əvəzində görən gəlin təəccübünü gizlədə bilməyib. Nazila Mahsimova çox sevdiyi həyat yoldaşının israrı üzərinə maşına minməyə razı olub.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018