Qəbələnin məşhur istirahət mərkəzləri - QİYMƏTLƏR

Ölkəmizdə yerli və əcnəbi turistlərin ən çox səfər etdikləri bölgələrdən biri də Qəbələdir. Qəbələ turizm və informasiya mərkəzindən Turizm.fins.az-a verilən məlumata görə bu ilin ilk 6 ayı ərzində Qəbələyə 48554 turist gəlib. Məlumatda həmçinin bildirilir ki, gələn turistlərdən 2711 nəfəri müalicə, 456 nəfəri işgüzar, 43551 nəfəri əyləncə və istirahət, 1836 nəfər isə digər məqsədlərlə gəlib.

Qəbələdə yerləşən turizm mərkəzlərinə gəlincə isə burada 5 ulduzlu otellərlə yanaşı müxtəlif cür istirahət mərkəzləri və pansionat var. Ailem.az Turizm.fins.az-a istinadən otellərin və istirahət mərkəzlərinin qiymətlərini təqdim edir.

İstirahət mərkəzləri

Qəbələdə Xəzər, Selbasar, Semerana, Xanlar, Sahil pansionatı, Çənlibel və Sərinmeşə adlı ailəvi istirahət mərkəzləri var. İstirahət mərkəzləri əsasən kotteclərdən ibarətdir.

“Xəzər ailəvi istirahət mərkəzi”

İstirahət mərkəzində ümumilikdə 15 kottec var. Eyni vaxtda istirahət mərkəzində 50 nəfər qonaqlaya bilər. Qiymətlərə gəlincə isə iki nəfərlik kotteclər 80 manat, 3-4 nəfərlik kotteclər 120 manat, 4-5 nəfərlik kotteclər isə 140 manatadır. Bu qiymətə səhər yeməyi də daxildir.

“Semerana istirahət mərkəzi”

İstirahət mərkəzi Vəndam qəsəbəsində yerləşir. Mərkəzdə ümumilikdə 12 kottec var. Eyni vaxtda burada 48 nəfər qonaqlaya bilər. İstirahət mərkəzində kotteclər 3-4 nəfərlikdir. Kotteclərdə bir ailənin qonaqlaması üçün hər cür şərait yaradılıb. Qiymətə gəlincə isə bu cür kotteclərdə qalmaq 80 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

“Xanlar istirahət mərkəzi

İstirahət mərkəzində ümumilikdə 5 kottec var. Mərkəzdə eyni vaxtda maksimum 20 nəfər qonaqlaya bilər. Burada iki nəfərlik kottecin qiyməti 50 manatdır. 6-7 nəfərin yerləşə biləcəyi 6 otaqlı kotteclərdə qonaqlamaq isə 100 manatdır. Göstərilən qiymətə səhər yeməyi daxil deyil.

“Sahil pansionatı”

Pansionat Nohurqışlaq kəndində yerləşir. Pansionatda 5 kottec var. Kotteclər 4 və 5 nəfərlikdi. Qiymətlər isə hər kottecə görə 50 manatdır.

Qəbələdə həmçinin məşhur və dəbdəbəli otellər də var. Məlumat üçün bildirək ki, otellərdə tarix və doluluq səviyyəsindən asılı olaraq qiymətlər dəyişir. Buradakı otellərin doluluq səviyyəsinə gəlincə isə demək olar ki, mehmanxanalar heç vaxt turistlər üçün “darıxmır”bunu elə yuxarıda göstərilən statistikadan da görmək olar.

“Qafqaz resort hotel”

Otel 5 ulduzludur. Qafqaz Resort-da 93 otaq və 21 kottec var. Oteldə eyni vaxtda 330 nəfər qonaqlaya bilər. Mehmanxanada standart otaqların qiyməti 165 manatdır. Junior suitlərin qiyməti isə 185 manatdır. Extra bed sifariş olunsa o zaman əlavə 20 manat ödənməli olacaq. Göstərilən qiymətlərə səhər yeməyi və spa xidmətlərdən istifadə daxildir.

“Qafqaz Riverside hotel”

5 ulduzlu otel Qəbələdə dağların arasında yerləşir. Oteldə 123 nömrə və 41 kottec var. Burada eyni vaxtda 406 nəfər qonaqlaya bilər. Mehmanxanada standart otaqların qiyməti 200, junior suitlərin qiyməti isə 250 manatdır. Kottecə üstünlük verənlər üçün də təkliflər var. Belə ki, 2 nəfərlik kottecin qiyməti 270, 4 nəfərlik kotteclərin qiyməti isə 380 manatdır. Sadalanan qiymətlərə səhər yeməyi və spa xidmətlər daxildir.

“Qafqaz Spor hotel”

Qafqaz Sport Hotel” Qəbələ şəhərinin mərkəzinə yaxın yerdə yerləşən beş ulduzlu rezort tipli hoteldir. Mehmanxana 96 nömrədən və 21 kottecdən ibarətdir. Oteldə eyni vaxtda 282 nəfər qonaqlaya bilər. Oteldə standart otaqlar 165, junior suitlər isə 190 manatdır.

“Karvan hotel”

Qəbələ şəhərinin mərkəzində yerləşən “Karvan” otelin ulduz təsnifatı olmasada, qonaqlara təqdim etməyə bir-birindən fərqli otaqları var. Belə ki, mehmanxanada standart otaqların qiyməti 50 manat, iki otaqlı 4 nəfərlik junior suit otaqların qiyməti isə 90 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

 

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017