Evdar qadınlar daha çox xoşbəxtdir, nəinki işləyənlər...

İngiltərədə aparılan bir araşdırmaya görə, evdar qadınlar çalışan qadınlara nisbətən daha xoşbəxtdirlər. Araşdırma göstərir ki, evdar qadınlar evdə vaxt keçirərkən daha az sıxılır və özlərini daha dəyərli hiss edirlər. Qadınlar evdə uşaqları ilə vaxt keçirərkən özlərini daha xoşbəxt hiss edir və işə dönmək istəmirlər. Hətta İngiltərədə qadınların iş sahəsində daha çox rol almasını istəyən yeni bir qayda hazırlanır ki, burada kişi və qadının çalışması şərtilə 5 yaşdan aşağı uşaqların xərcləri üçün aylıq 1200 funt-sterlinq ödənməsi nəzərdə tutulur.

 

Amerikalı alim L.M. Alfons isə öz yazısında 1364 yeni ana olmuş qadın üzərində aparılan araşdırmaya toxunub. Bu araşdırmada ən az yarım gün çalışan qadınların, evdə uşaqları ilə vaxt keçirməyə qərar verən analara görə daha sağlam və xoşbəxt olduqları göstərilir. Həmçinin bu araşdırmaya görə, bir ananın işləməsinin çox faydası var. Belə ki, həftədə 1 saat ilə 32 saat arasında çalışan qadınlar uşaqlarının ehtiyaclarına qarşı daha həssas olurlar, çalışmayan analara nisbətən daha az depressiyaya meyllidirlər və həyat yoldaşları ilə ev işlərini daha yaxşı paylaşırlar.

 

Tam iş saatı çalışan analar isə daha stresli olmalarına baxmayaraq, onlarda bütün gün evdə olan qadınlara nisbətən daha az depressiya əlamətləri görmək mümkündür.

 

LENT

11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017