Ev dekorasiyasında bunlar trenddir - FOTOLAR

 

Dəb yalnız paltar və ayaqqabıda deyil ev dekorasiyasında da xeyli əhəmiyyətlidir.

Ailem.az son dövrün ən məşhur dekorasiya trendlərini sizlərə təqdim edir.

Bildirək ki, bu mövsüm pastel və yumşaq tonlar daha çox bəyənilir. Ağ, toz çəhrayı, açıq yaşıl, boz ən çox seçilən rənglərdən olub.

 

Boz rəng

 

Boz rəng ötən il olduğu kimi,  bu il də çox dəbdir. Üstəlik hər tonu ilə memarların da ən çox seçdiyi rənglərdən biri oldu.

 

Mat əşyalar

 

Ağ əşyalardakı parlaqlıq dəbi sona çatdı. Yeni trend soyuducu, qabyuyan, paltaryuyan maşını kimi əşyaların mat olmasıdır. Mat əşyalar mətbəxinizə daha müasir bir görünüş verəcək.

 

Ağıllı ev dizaynları

 

Texnologiya həyatımızdaki ən vazkeçilməz vasitələrdəndir. Belə ki, ev dekorasiyası belə artıq texnologiyaya görə dizayn edilir.  Özündən batareyaya sahib kamodinlər telefonlarınızı enerji ilə təmin edəcək. Cihazınızı sadəcə kamodinlərin üzərinə qoymanız kafi olacaq.

 

Həndəsi bəzək və şəkillər

 

Bəzi həndəsi parçalar və rəflərlə evinizə daha müasir bir görünüş qazandıra bilərsiniz. Həndəsi güzgülər də bu il çox dəbdədir.

 

Açıq havada görünən duşlar

 

Sanki açıq havadasınız kimi görünən duşlar, həm müasir, həm də çox təbii bir görünüş verir. Taxta dekorasiya ilə inteqrasiya olunan yaşıllıq və ağacların görüntüsü, sanki açıq havadaymışsınız kimi bir təəssürat verir. Təbii ki, imkanı olanlar üçün bu görüntünü olduğu kimi etmək də mümkündür.

LENT

22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017