Sevgilinizi doğru seçmisiniz? – BUNU ANLAMAĞIN ƏN SADƏ YOLU

Sevgi ən gözəl duyğulardan biri olsa da, təəssüf ki, bəzən duyğular qarşılıqlı olmaya və ya zamanla azala bilir. Sizin üçün doğru adam ailənizə hörmət edəcək və onları qəbul edəcək şəxsdir. Lakin unutmayın, hörmət və sevgi bir-birindən fərqli iki duyğudur.

Ailem.az sevgilinizin doğru insan olduğunu necə anlayacağınızla bağlı sizə bəzi məsləhətlər verir.

 

Hər sevən insan kimi, sevdiyiniz adamın yanında bir az axmaqlaya bilərsiniz. Bu, hər kəsin başına gələ bilər. Lakin doğru şəxs bunu əhəmiyyətli hesab etməz və sizdən əsla utanmaz.

 

Hirsinə nəzarət edə bilirsə...

 

Təbii ki, bəzən bir-birinizi hirsləndirən davranışlarınız da olacaq. Amma bunun da bir ölçüsü var. Əgər sevgiliniz sizinlə mübahisə edərkən idarədən çıxmırsa, doğru şəxs olduğunu düşünə bilərsiniz.

 

Eyni fikirdə olmasanız belə, hörmət duyursa...

 

Hər mövzuda eyni fikirdə olacaqsınız deyə bir qaydayoxdur. Onsuz da belə bir əlaqə də çox darıxdırıcı ola bilər. Lakin bir-birinizə hörmət etməyiniz şərtdir.

 

Sizin dedi-qodunuzu etmirsə...

 

Sevgilinizin sizin haqqınızda başqalarına nə dediyi bəlkə də ən əhəmiyyətli məqamlardan biridir. Sizin üçün doğru olan adam heç vaxt dedi-qodunuzu etməməli və haqqınızda pis cümlələr qurmamalıdır.

 

Zarafat anlayışınız uyğundursa...

 

Zarafat anlayışınız bir-birinizlə uyğundursa və etdiyiniz zarafatlara gülürsə, doğru insanla birlikdə olduğunuza bir işarədri. Zarafat anlayışınızın uyğun olması beyninizin uyğun çalışdığını göstərir.

 

Sizdən şikayət etmirsə...

 

Yoldaşlarınızla birlikdə ikən sizdən şikayət etmək yerinə təriflə bəhs edirsə, doğru insanla qarşı-qarşıyasınız deməkdir.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018