“Tənbəllikdən qarnımızı yerlə sürüməkdən yorulmadıq?” TANINMIŞ APARICI ÜSYAN ETDİ

“Sosial şəbəkələrdə ölkədəki ərəb turistlərinə qarşı əcaib aqressiya haqda 1-2 kəlmə demək istərdim. Biz nə istəyirik? Tənbəllikdən qarnımızı yerlə sürüməkdən yorulmadıq? Ərəblər gəlib...”. Ailem.az-ın məlumatına görə, bu fikirləri tanınmış bəstəkar, müğənni, aparıcı Murad Arif sosial şəbəkədə yazıb. O deyir ki, ərəb turistlər niyə bəzilərinə dərd olub: “Onlar mədəni deyil? Biz necə? Çoxmu mədəni davranır "BƏZİLƏRİMİZ" ? Küçəyə "xax tfu" edib tüpürən biz deyildik indiyə qədər? Ömür billah maşınlardan butulka tullayan biz deyilik? Yoxsa, küçədə xalxın anasına-bacısına söz atan deyildik? Hə? İlmi zalım ictimai yerlərdə, restoran və kafelərdə tualetlərimiz çiçək qoxuyub yoxsa? "Ay eşşək suyu burax!", "Bura zibil atanın belə-belə.." yazanda ərəb üçün yazırdıq daim?”

“1 il deyil ki, ölkədə turist axını nəzərə çarpır. Bu ay artıq 4-5ci dəfədir ki, bölgələrimizdə otellərdə oluram! Turistlər hər yerdədir! ÇOX ŞÜKÜR! Sektor inkişaf edir. Yerli əhaliyə, işçi qüvvəsinə ehtiyac yaranır. Camaat iş tapır, ailə dolandırır. Utanmaz adamlar var ki, maşını 10 dəfə artıq qiymətə icarəyə verir, sonra da salonun şəklini qoyur ki, ərəblər çips dağıdıb. Təmizlə, yenə oborota ver, qazan də! Oteli bulayır? Od qiymətinə verirsən, xadimənin də, bütün xidmətin də pulunu artıqlaması ilə çıxarırsan? Nədir problem? Nə qədər deyinmək olar? Ver yeyim, ört yatımla olmur axı! Ərəblər mədəni deyilmiş... Yox, siz mədənisiniz... Üzeyir Hacıbəyovu ola-ola, üç badam bir qoz mahnılardan kayf tutursunuz... Operaya, teatra gedir, kitab üzü açırsınız... Efirləriniz də elmi-kütləvi verilişlərə dolu... Sanballı komediyalar çəkirsiniz... Siz mədənisiniz! Ay mükəmməl, ideal, süddən çıxmış ağ qaşıqlar...? Evinizə qonaq gəlmir e... Bazarınızı ayaqda saxlayır, pul yatırırlar! Xidmət göstərin, işləyin, QAZANIN və susun”-deyə M.Arif qeyd edib.

Bəstəkar vurğulayır ki, bu barədə bir dəfə yazıb və yenə yazır: “Küçədə kimsə pozğunluq açırsa, kiminsə, nəyinsə, mənəvi dəyərləri alçaldılırsa, əmlakınıza ZİYAN vurulursa, bunu kontrol edəcək qurumlar, qaydalar, cərimələr VAR! Hüququnuz tapdalanır, şikayət edin. Yoxsa, boş-boş deyinmək nəyə lazım?

Mənim əziz soydaşlarım, turizm olan bölgələrə hər tip adam gələr. Kimisə mədəniyyətə dəvət etmədən öncə, OT İ DO özünüzü "ələşdirin"... Əslində çox şey, yaranmış şəraitdən qaynaqlanır. Birdə ki, İŞLƏMƏK LAZIMDIR! ...və biz bunu sevmirik. Vsё!

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017