Erkən yaşda porno film izləyənlər... – HƏQİQİ HƏYATDA CİNSİ ZÖVQ ALA BİLMƏYƏCƏKLƏR

Erkən yaşda porno film izləmək zərərlidir. Bu Amerikada aparılan bir araşdırma nəticəsində ortaya çıxıb. Məlum olub ki, kişilərin porno ilə tanış olması nə qədər erkən reallaşsa, qadınlara qarşı üstünlük qurmaq arzusu da o qədər artır. Aparılan araşdırmaya 330 universitet tələbəsi qatılıb. İştirakçıların arasında porno ilə ən erkən tanış olma yaşı 5, ən gec isə 26 olub.

Araşdırmanı aparan Alyssa Bischmann və qrupu, böyük əksəriyyətini heteroseksual ağların meydana gətirdiyi bir qrup kişidən porno ilə tanış olma yaşlarını və bunun qəsdən, təsadüfən, yaxud zorla mı olduğunu soruşub.

Daha sonra araşdırmada iştirak edənlərə, qadınlar üzərində üstünlük qurmaq istəyib istəmədikləri, cinsi əlaqə haqqında nə qədər təsadüfi davrandıqları və "eşqbaz" olub olmadıqlarını müəyyən etmək məqsədilə 46 sual yönəldilib.

Porno ilə erkən yaşlarda tanış olanlar "nəzarət kişilərdədirsə işlər daha yaxşı olar" kimi kişi basqısını dəstəkləyən cümlələr qurublar. Eyni zamanda porno ilə  tanış olma yaşının yüksəlməsi halında də "eşqbazlıq" əlamətlərinin artdığı məlum olub.

Aparılan araşdırmanın nəticəsinə əsasən, araşdırmaçı Christina Richardson, porno ilə erkən yaşlarda tanış olmanın həqiqi  həyatda cinsi əlaqədən zövq alma ehtimalını azaldacağını söyləyib.

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017