Bu heyvandan sadəcə 70 dənə var – ONLAR QORUNMAZSA…

Təbiətdə gedən müəyyən iqlim dəyişimləri, təbii  

proseslər və insanların səbəb olduğu vasitələr bir çox heyvanların nəslinin kəsilməsinə səbəb olur. 

Hətta Ailem.az-ın məlumat verdiyi bu heyvan növlərinin yaxın gələcəkdə nəsillərinin tükənməsi ehtimalı var.

 

1. Qara kərgədan

Qara kərgədan növünün nəslinin tükənmə təhlükəsi, bir zamanlar çox gündəmdə idi. Hətta onların nəsillərinin tamamilə tükəndiyinə dair xəbərlər belə çıxdı. 1900-cü illərdə davamlı olaraq öldürüldükləri üçün qara gərgədanların sayları sürətlə azalmağa başladı. Ancaq səlahiyyətlilərin hərəkətə keçməsi nəticəsində, bu növün nəslinin tükənməsinin qarşısı nisbətən alındı. Dünyada təxminən 5000 dənə qaldığı bilinən qara gərgədanların nəsli, hələ olduqca kritik bir vəziyyətdədir.

 

2. Dağ qorillası

Dağların yüksək qismlərində yaşayan dağ qorillası da təəssüf ki nəsli tükənmə təhlükəsi altında olan heyvanlardandır. Hazırda təxminən 900 dənə qaldığı bilinən dağ qorillası, iki ayrı qrup halında yaşamaqdadır və hər iki qrup da Uganda sərhədlərində yaşayır.

 

3. Sumatra pələngi

İndoneziyanın Sumatra adasında yaşayan bu pələng növü, insanlardan qorunamadığı üçün təhlükə altındadır. Hazırda dünyada təxminən 100 dənə qaldığı bilinən bu növ, qoruma altına alınan növlər arasında olsa da, nəsillərinin tükənmə ehtimalı çox yüksəkdir.

 

4. Meksika delfini

İnsanların çox sevdiyi bu sevimli balıq növünün təbii həyat sahəsi Kaliforniya Körfəzidir. Ancaq çox təəssüf ki bölgədəki balıqçılar üzündən, nəsilləri tükənmə riski ilə qarşı-qarşıyadır. Çünki davamlı olaraq balıqçı torlarına ilişir və ölürlər. Hazırda dünyada təxminən 200-300 arası qaldığı təxmin edilən bu heyvanlar, nəsillərinin tükənmə riski ilə qarşı-qarşıyadırlar.

 

5. Kiçik Borneo fili

Çox sevilən canlılardan olan fillər ailəsinə mənsub kiçik Borneo filləri, Şimali Borneoda yaşayır və adından da aydın olacağı üzrə, Asiya fillərinə görə 50 sm daha qısadırlar. Bu heyvanların həyat sahələri, xurma əkilməsi səbəbi ilə gedərək daralır və bu da onların nəslini tükənmə riski ilə qarşı-qarşıya qoyur. Kiçik Borneo fillərinin dünya üzərində təxminən 1500 dənə qaldığı bilinir.

 

6. Qızıl başlı Langur

Təbii həyat sahələri Vyetnam olan bu meymun növü, uzun illərdir tükənmə riski ilə qarşı-qarşıyadır və qoruma altındadır. Ancaq qoruma altına alınmaları da çoxalmalarını təmin etmir. Hazırda dünyada təxminən 70 dənə qaldığı bilinən bu növün nəsli tükənmək üzrə olan heyvanlar arasında ilk sıralarda yerləşir.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017