Şaftalı cemini belə hazırlayın – RESEPT

Şaftalı yay aylarının ən sevilən meyvələrindəndir. Həmçinin bu meyvənin mürəbbəsini, cemini xoşlayanlar çoxdur. Ailem.az şaftalı cemini hazırlamağın yollarını sizə təqdim edir.

 

Lazım olan ərzaqlar:

 

1 kilo şaftalı

800 qram şəkər tozu

1 çay qaşığı kərə yağı

1 çay qaşığı təzə sıxılmış limon suyu

 

Hazırlanması:

 

Yuyub soyduğunuz şaftalıların çəyirdəyini çıxarın. Şaftalıları kiçik kublar şəklində doğrayın. Dərin bir qazana bir qat şaftalı, bir qat şəkər tozu səpin. Qapağını bağlayıb təxminən 2-3 saat gözləyin ki, şirə salsın. Şaftalılar suyunu buraxdıqda cem qazanını ocağa qoyun. Vam odda qaynasın. Cemin səthinə çıxan köpükləri kəfkirlə götürüb kərə yağı əlavə edin. Tündləşib azacıq mətləşən cemə limon suyunu qatıb, qısa bir müddət daha bişirdikdən sonra ocaqdan götürün. Cemi əvvəlcədən  təmizləyib quruladığınız qablara doldurub qapaqlarını möhkəmcə bağladıqdan sonra tərs çevirərək, otaq temperaturunda saxlayın.

 

Qeyd: Soyutduğunuz cemi günəş görməyən və sərin bir yerdə aylarla mühafizə edə bilərsiniz.

 

Nuş olsun!

 

LENT

20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017