Qaranlıq otaqlarınızı parlaq göstərəcək SADƏ ÜSULLAR

Təbii işıq sağlamlıq və bəzək baxımından ev üçün çox vacibdir. Evinizdə işıqlı olmayan bir otaq varsa, narahat olmayın. İşığı kiçik fəndlərlə ortaya çıxarmaq mümkündür.

Ailem.az evinizi aydın və daha işıqlı göstərməyin yollarını göstərir.

 

Çilçıraqlarınızı yoxlayın

 

Çoxlu işıqlandırma əlavə edərək, evinizi işıqlandırmaq əvəzinə, bunu çilçırağınızda bir neçə düzəlişlə həyata keçirə bilərsiz. Lampaları ən yüksək voltda işlətmək və onları təmiz saxlamaqla daha yaxşı nəticə əldə edə bilərsiniz.

 

Düzgün ağ rəngdən istifadə edin

 

Bəlkə də ağ rəng otaqlar üçün ideal rəng ola bilər, amma düzgün ağ kölgə olduğundan əmin olmaq üçün dizaynerlər tərəfindən seçilən ən məşhur ağ rəngli tonlara baxın.

 

 

Tünd və iri həcmli mebeldən uzaq durun

 

 

Qəhvəyi rəngli stolun üstündə bir fincan qəhvə təsəvvür edin , necə boğuq olduğunun fərqinə varacaqsınız. Əslində, bu stolu açıq tonlu bir masa ilə əvəz edin. Otaq dərhal işıqlanacaq.

 

Açıq rəflər seçin

 

Açıq rəflər kiçik bir otağın dərinliyini artırır. Bu açıq rəflərdən istifadə etməyi planlaşdırsanız, şüşə və dekorativ aksessuarları da bura əlavə etməyi unutmayın. Bu dolablar otağa fərqli bir atmosfer verəcək və əşyalarınızı saxlamaq üçün gözəl bir vasitəyə çevriləcək.

 

Güzgülər

 

Güzgülər otaqları geniş göstərir. Hansısa ərazini daha böyük və parlaq etmək üçün işığı da əks etdirir.

 

İşığı əks etdirən ağ plitələr seçin

 

Bu ağ plitələr bir az klassik görünür, amma mətbəx və hamamınızda təmiz və parlaq bir görünüş yaradacaq. Kirayə  bir evdə yaşayırsınızsa bunun əvəzinə yapışqan plitələrdən də istifadə edə bilərsiniz!

 

Minimalizmi seçin

 

Qarışıqlıq qaranlıq otaqda mağara təsirini artırır. Tövsiyəmiz? Fərqli üslubda dekorasiya əşyaları seçsəniz, otaqda qaranlıq hissi azalacaq.

 

Parlaq mebel uyğundur

 

Parlaq mebel, kiçik və ya qaranlıq sahələr üçün parlaq bir seçimdir. Çünki çox vizual ağırlıq vermir.

 

Metal ilə bəzəyin

 

Güzgülərdən mebel aksessuarlarına qədər hər şeydə metal çərçivələrdən istifadə edərək, işıq əks etdirib otağınızı işıqlandıra bilərsiniz.

 

Masa seçimlərinizdə diqqətli olun

 

Günəş işığının ən kiçik hissəsini belə özünə çəkən böyük və qaranlıq masalar qeyri-işıqlı otaqlarınız üçün uyğun deyil. Onları başqa bir otaqda saxlayın.

 

Günəş şüalarını buraxmayan pərdələrindən uzaq durun

 

Tünd pərdələr günəş işığının otağa düşməsinin qarşısını alır. Yəni işıqlı göstərmək istədiyiniz otaqlarda açıq rəngli pərdələrdən istifadə edin.

 

Mükəmməl parlaq işləməli mebel seçin

 

Bir çox işıq düşməyən otaqlarınızda parlaq və ya şüşə üzlü, metal rəngli mebel ilə mükəmməl nəticə əldə edə bilərsiniz.

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017