Həm çiyin, həm də ayaq dekoltesi olan... -BU YAYIN ƏN TREND GEYİMLƏRİ

İsti yay günlərində rahatlıqla geyə biləcəyiniz geniş

ölçülü geyimlər qarderobunuzda mütləq olmalıdır.

Ailem.az bu yay necə dəbli geyinməyin üsullarını diqqətinizə çatdırır.

Hazırda eyni rənglərin fərqli tonlarından istifadə etmək çox dəbdir. Tünd çəhrayı bir ətəklə daha açıq tonda çəhrayı köynəyi uyğunlaşdıra bilərsiz.

Ağ ayaqqabılar sizi hər zaman dəbli göstərəcək.

 

 

Tulum bir çox xanımın seçimi ola bilər. Kəmər istifadə edərək belinizin qıvrımını ortaya çıxara bilərsiniz. Rahatlıq xoşlayırsınızsa bu geyimi idman ayaqqabıları ilə tamamlaya bilərsiz.

 

 

Cins bütün sezonlarda dəbdədir. Sadə bir köynəklə uyğunlaşdıraraq retro bir görünüş əldə edə bilərsiniz.

 

 

Həm çiyin, həm də ayaq dekoltesi olan uzun paltarlar yayda imdadımıza çatır.

Eminik ki hər kəsin qarderobunda buna bənzər bir libası var.

 

 

Diqqət çəkməyi sevmirsinizsə bu geyim sizin üçündür. Ağ qısa ətək və sadə köynək ilə son dərəcə zərafətli görünə bilərsiniz.

 

 

Paltarın içərisinə köynək geyinmək bu mövsüm üçün uyğun olmasa da havalar sərinlədikdə, bəzən istifadə edə bilərsiniz.

 

 

Ağ paltar və həsir görünümlü ağac çantalar bu yay fəslinin ən trend seçimlərindəndir.

 

 

Enli köynək və qısa şalvar ikilisi çox çəkici olur.

 

 

Çimərlik geyiminizi gündəlik həyatda da istifadə edə bilərsiniz.

 

 

Bədəni çox sıxmayan qırmızı kostümü ağ sandalla tamamlaya bilərsiniz

 

 

Kvadrat naxış illər keçsə də qardiroblarda həmişə yer alacaq. Bu naxışlı ətəklər xüsusilə cazibədar görünür.

 

 

Qara geyimlərdən vaz keçə bilmirsinizsə, bu stil tam sizə görə.

 

 

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017