Ana südünü azaldan qidalar - SİYAHI

Anaların süd verdiyi dönəmdə südü artıracaq qidalar yeməsi çox vacibdir. Amma bəzi qadınlar yanlış olaraq ana südünü azaldan qidalardan istifadə edirlər. Ailem.az ana südünü azaldan həmin qidaları sizə təqdim edir.

 

Nanə

 

Nanə və mentol tərkibli qidalar südün tərkibinin, dad və qoxusunun dəyişməsinə səbəb olur. Bu səbəbdən əmizdirən analara tövsiyyə edilmir.

 

Cəfəri

 

Əmizdirilmənin əsəs şərtlərindən biri sudur. Cəfəri bədəndəki suya təsir göstərir və ana südünü azalda bilir. Ona görə də bu dövrdə məhdud istfadə edilməsi məsləhətdir.

 

Sirkə və limon

 

Ana südünü azaldan qidalar arasında sirkə və limon da var. Həddindən artıq istifadə edildikdə südün azalmasına təsir göstərir.

 

Qarğıdalı

 

Qarğıdalının müntəzəm istifadəsi nişastanın tərkibinə görə vaxt keçdikcə ananın siqaret çəkməsinə səbəb ola bilər.

 

Çuğundur

 

Yaxşı bir antioksidant  və vitamin mənbəyi olan çuğundur az miqdarda istifadə edildikdə ananın südünü artırır. Amma diqqət etmək lazımdır ki, çox olmasın. Əks təqdirdə südün azalmasına səbəb ola bilər.

 

Nişasta

 

Un, kələm, kartof, noxud və s. kimi tərkibində nişasta olan qidalar da ana südünün səmərəliliyinə mənfi təsir edir.

 

Acı ədviyyatlar

 

Əmizdirən analardan uzaq tutulmalı olan qidalar istiot, qara, qırmızı bibər kimi acı ədviyyatlardır. Onlar südün dadını dəyişdirir və azalmasına səbəb olur.

 

Duzlu qidalar

 

Ana süd verən zaman çox duzlu qidalardan istifadə edərsə, bu, onun südündə azalmalara səbəb olur. Xüsusilə konservləşdirilmiş və duzlanaraq saxlanma üçün nəzərdə tutulan balıq məhsulları da buraya daxildir.

 

Siqaret və spirt

 

Ekspertlər tərəfindən aparılan tədqiqatlar göstərir ki, nikotin və alkoqol ana südünün keyfiyyətini və istehsalını azaldır. Istifadəyə davam edildikdə süd vasitəsi ilə keçən zərərli maddələr səbəbi ilə körpənin inkişafında arzuolunmaz hallar meydana çıxa bilir.

 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017