Məşhur türk aktrisasının 3 mərtəbəli evi - FOTOLAR

“Yeşilçam” ulduzu Fatma Girik Bodrumdakı 3 mərtəbəli evinin qapılarını maqazin dərgilərindən birinə açıb. 

Ailem.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa dəniz mənzərəsi olan evində 94 yaşlı anası və itləri ilə yaşayır. O, evini muzeyə çevirib.

 

Fatma villasını vətəndaş nikahında yaşadığı mərhum rejissor əri Memduh Ün və gülüş ustası Kemal Sunalla birlikdə bəyənib aldıqlarını deyib: “600 kvadrat metr sahəsi var. Evdə geyindiyim şortikimlə alış-verişə, gəzintiyə gedə bilirəm. Bura çox öyrəşmişəm. Qapımı döyən olanda “Kimdir?” deyə soruşmuram, çünki heç kimdən qorxmuram. Bu evi 20 il əvvəl Memduh və Kemalla görüb bəyənmişdim. Çox köhnə bir bina idi. Bu hala özüm gətirmişəm. Evimin bütün otaqlarına 60 il boyunca yığdığım mükafatlarımı, şəkillərimi, film afişalarımı, kitablarımı və şəxsi əşyalarımı yerləşdirmişəm. Elə bil muzeydir”.

LENT

20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017