Qaymaqlı göbələk şorbasının RESEPTİ

 

Göbələk yeməyi bir çoxlarımız sevirik. Çünki sağlamlığımız üçün faydalı qidadır, həm də ləzzətlidir. Ailem.az sizə qaymaqlı göbələyin reseptini təqdim edir. Bu ləzzətli yeməyi həm yayda, həm də qışda yeyə bilərsiniz.

 

Tərkibi:

 

- 200 qr incə doğranmış göbələk

- 1 doğranmış soğan

- 5-6 stəkan qaynadılmış su

- 200 qram qaymaq

- 3 yemək qaşığı un

- 3 qaşıq duru yağ

- 1 qaşıq yarım kərə yağ

- 1 çay qaşığı istiot bibər

- 1 çay qaşığı duz

- 1 dilim qənd

 

Hazırlanması:

 

Soğanı duru yağda qızardın. Doğranmış göbələkləri əlavə edib, suyunu çəkənə qədər qovurmağa davam edin. Sonra üzərinə 5-6 stəkan qaynanmış su töküb, qaynamağa buraxın. Başqa bir qazanda kərə yağında unu qovurun və sonra qaymağı əlavə edin. Həmin qarışıma göbələk suyundan bir az əlavə edərək çalın. Daha sonra bu unlu qarışımı şorbaya əlavə edib çırpmağa davam edin. Son olaraq şorbaya qənd, duz, istiot əlavə edib qarışdırın. Şorbanı az odda 15 dəqiqə qaynadıqdan sonra servis edə bilərsiniz.

 

Nuş olsun!

 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017