“Muğamat var olan yerdə” – TELELAYİHƏ BAŞLAYIR

Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı ilə “Muğamat var olan yerdə” adlı televiziya layihəsinə start verilir.

 

Layihənin keçirilməsində məqsəd Bakı şəhərinin kənd və qəsəbələrində, eləcə də Bakı ətrafı ərazilərdə yaşayan sakinlərə,  televiziya tamaşaçılarına milli musiqi incilərimizi təqdim etməkdir.

Ailem.az bildirir ki, Bakının kənd və qəsəbələrində keçiriləcək “Muğamat var olan yerdə” adlı telelayihənin ilk buraxılışı avqust ayının 23-də Mərdəkan Mədəniyyət Sarayında  baş tutacaq. Layihədə Rasim Ələsgərlinin rəhbərliyi ilə “Şirvan” folklor ansamblı, “Muğam” Televiziya Müsabiqəsinin qalibləri və laureatları- Abgül Mirzəliyev, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Nigar Şabanova, Sərxan Bünyadzadə, Ramiq Bayramov, Nisbət Sədrayeva, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı iştirak edəcəklər.

 

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birgə həyata keçirilir.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017