Bu münasibət səni bədbəxt edir...AYNİŞAN ETİRAF ETDİ

“Sevmək gözəldir, amma yalnız sevildiyini bildiyin halda, sevildiyindən əmin olduğunda... Qarşındakı insan əgər sən onun həyatında var ola-ola hələ də kimlərinsə axtarışındadırsa, nəyi gözləyirsən? Nöqtəni qoy”.

Ailem.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə yazıb.

Aynişan daha sonra qarşılıqsız sevgidən bəhs edərək, bunları bildirib:

“Bir insanı varlığınla xoşbəxt edə bilmirsənsə, ondan dərhal uzaqlaş. Çünkü bu münasibət səni həm bədbəxt, həm də əsəbi edir. Səni yüzlərlə insanın sevdiyi halda, sən niyə səni sevməyən insana zamanını xərcləməlisən?”.

“Bəzən qəbullanmaq çətin olur... Sevilmədiyini özünə etiraf etmək çətin olur. Amma bu boşuna ömrünü xərcləməkdən daha rahatdı. Sizə dəyər və sevgi verənin yanında olun. Vaxtında bitirin anlamsız adı olmayan ilişkiləri. Xoşbəxt olun”- deyə o bildirib.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017