Hündür daban ayaqqabılarla fərqli olmağın - SİRLƏRİ

Hansı fəsil olur olsun, hansı tərzdə geyim geyinirsiniz geyinin hündür dabanlı ayaqqabılar geyimin dəyişilməz və fərq yaradan bir detalıdır. Bəs, hündür dabanlı ayaqqabı geyinərkən diqqət etməli olduğunuz detalları bilirsinizmi?

 

Ailem.az hündür dabanlı ayaqqabı ilə fərq yaratmağın sirlərini təqdim edir.

 

Kiçik addımlar böyük fərqlər

 

Cool olmağın ilk sirri rahat olmaqdır. Elə deyil mi? Hündür dabanlı ayaqqabı ilə yeriyərkən də bu rahatlığı qazanmaq üçün iri addımlar atmaq yerinə, kiçik addımlar atın.

 

Cizgini izləyin

 

Hündür dabanlı ayaqqabılarla yerimək bir sənətdir. Dabanlı ayaqqabı ilə yeriyərkən sanki bir cizgini izləyirmiş kimi yeriyin.

 

 Cəsur olun

 

Tərzinizi cəsur bir şəkildə yansıtmanız mütləqdir. Hündür dabanlı ayaqqabılarınız və geyim tərziniz, aksessuarlarınız ilə siz bütünsünüz və bu imic sizi xoşbəxt edirsə, qalan hər şey əhəmiyyətsizdir. Qarderobunuzu açarkən rahat olun. Hündür dabanlı ayaqqabını seçərkən də sərhədləri aşan seçimlər etməkdən çəkinməyin. Rahat olun, tabuları yıxın.

 

Tərzinizi yansıdın

 

Geyim tərzi olaraq seçdiyiniz konseptlərdə hündür dabanlı ayaqqabı mühüm bir tamamlayıcıdır. Yüksək bel bir geyimi gözə xitab edən və uyğun rəngdə bir stilletto ilə kombinlədiyiniz kimi, ekose ətəklər üçün də açıq tonlarda bir hündür dabanlı ayaqqabı seçə bilərsiniz.

 

 

İdeal hündür dabanlı dabanlı ayaqqabı qəlibini seçin

 

Ayaqqabı seçərkən nömrəsinə mütləq diqqət edin. Qəlibi sizə böyükdürsə, ortopedik ayaqqabı pedləri istifadə edin.

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017