Bunları edin ki... – EVİNİZ MÖHTƏŞƏM GÖRÜNSÜN

Əgər evinizin hazırki halından sıxılmısınız və onu dəyişdirmək istəyirsinizsə, Ailem.az-ın bu tövsiyələri işinizə yarayacaq.

 

Qızıldan istifadə

 

Parlayan aksessuarlar hazırda dizayn aləmində çox dəbdədir. Siz də parlaq qızıl və bürünc rəngli əşyalarınızı mətbəxinizin mərkəzinə qoya bilərsiniz.

 

Heyvan fiqurları

 

Heyvan fiqurları olduqları məkana meşə, ya da bir ovçu klubu kimi təəssürat yaradır.

 

Dünyanızı rəngləndirin

 

Boyanmamış sadə əşyalara vida edin! Bunun üçün üç rəngli əşyalardan istifadə edə bilərsiniz.

 

Kitab rəfinizi yeniləyin

 

Son zamanlarda hər kəs kitablıqlarını yeniləməyə və fotolarını sosial şəbəkələrdə yaymağa başlayıb. Siz də kitab rəfinizin üstünə ən sevdiyiniz kitablarla yanaşı sevimli aksessuarlarınızı qoyaraq, fərqlilik yarada bilərsiniz.

 

Təbaşirləyin

 

Qara taxtaların populyarlığı son zamanlarda artdı. Siz də adi olan həmin qara taxtaların üzərinə təbaşirlə alış-veriş siyahısı yazaraq fərqlilik edə bilərsiniz.

 

Bir az tül, bir az eşq

 

Otağınızı tüllərlə bəzəmək oraya romantik bir abu-hava verəcək.

 

 Retrodan qaçmayın

 

Orta əsrlərdəki əşyalar diqqətinizi çəkir və moda deyildir deyə üzülürsünüzsə, yanılırsınız.

 

Boz rəng

Otağınızda açıq və boz rənglərdən istifadə edərək rahat bir ortam yarada bilərsiniz.

 

Ətrafı çiçəklə təzələyin

 

Bir otağa ancaq təzə çiçəklərlə dolu bir güldanla son nöqtəni qoya bilərsiniz.

 

Uşaqlarınızın otağını daha əyləncəli hala gətirin

 

Uşağınızın otağını rəngarəng edin. Uşaqlarınızın oynamasına çox yer qalması üçün əşyaları qoya biləcəyiniz bol rəfli mebellər seçin.

 

Köhnə əşyalarınızı yeni kimi göstərin

 

Əşyalarınızı asanca yeniləmək üçün köhnə əşyalarınızla yeni sadə vasitələri kombinləyə bilərsiniz.

 

Parlaq rənglərdən istifadə edin

 

Açıq və gözəl rəng adi otağı bir anda dəyişə bilər.

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017