Günəş saçlarınızı xarab edib? – BU MƏSLƏHƏTLƏRİ OXUYUN

Yay aylarında dəniz və hovuzdan dolayı korlanan saçlarınızı yenidən canlandırmaq zamanı gəldi.

Ailem.az bununla bağlı sizə faydalı məlumatlar verir.

 

Saç və dəri sağlamlığına dəstək: kakos yağı

 

Araşdırmalarda kakos yağının dərinin nəmləndirilməsində əhəmiyyətli bir rolu olduğu ortaya çıxıb. Onun tərkibində olan turşu sayəsində xarab olan saç uclarına baxım edərək yumşaq və parlaq bir görünüş əldə etmək mümkündür. Xoş bir qoxuya sahib olduğu üçün təbii bir kosmetik vasitə olaraq da seçilə bilər. Yanğına qarşı Antiinflamatuar (yanğı aparıcı) özəlliyi olduğundan revmatizm ağrılarında, əzələ problemlərində tibbi yola dəstək kimi istifadə edilir.

 

Nəmləndirici badam yağı

 

Badam yağı, quru və çatlaq dərilərin yumşalması və nəmləndirilməsində istifadə edilə bilir. Badam yağı xaricə vurulduqda, saç, saqqal, qaş və bığların daha gur və sağlıqlı uzanmasına şərait yaradır. Badam yağı, həm də sədəf, eqzema kimi dəri xəstəliklərində və əməliyyat sonrası qalan yara izini azaldır.

 

Dırnaq və saç sağlığına dəstək: Gicitkən toxumu yağı

 

Avropada gənclik yağı kimi bilinən gicitkən toxumu yağı tərkibindəki AHT (Alfa Hidroksid Turşusu) sayəsində dəri hüceyrələrini yeniləyir və əzələ toxumasını gücləndirir. Xüsusilə yağlanma və kəpək kimi problemlərə qarşı istifadə edilə bilər. Daxili istifadədə isə həzm sistemini gücləndirməyə yardımçı olur.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017