"Əbədi Musiqi" adlı - konsert tamaşa keçiriləcək

Sentyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycan opera və operettalarından ibarət "Əbədi Musiqi" adlı konsert tamaşa keçiriləcək.

Ailem.az bildirir ki, gecədə Azərbaycan klassik opera və operettalarından ən gözəl parçalar, solo nömrələr və duetlər ifa olunacaq.

Həmçinin konsertdə Samir Cəfərov, Fidan Hacıyeva, Anar Şuşalı, İnarə Babayeva, Fərid Əliyev, Afaq Abbasova, İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Fəridə Məmmədova, Nərgiz Kərimova, Taleh Yəhyayev, Cahangir Qurbanov, Mahir Tağızadə və başqaları iştirak edəcəklər.

Konsert tamaşada müğənniləri Nazim Hacıəlibəyovun rəhbərliyi ilə,  Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik orkestri müşaiyət edəcək.

Saat 19:00 –da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www. Iticket .az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Bildirək ki, konsertin informasiya dəstəyi Apa.az, Lent.az, Trend.az, Day.az , Milli.az və Vesti.az-a məxsusdur.

 

LENT

20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017