Model kimi görünmək istəyən xanımlara 10 MƏSLƏHƏT

Sizcə, modellərin bu qədər tərzli görünmələrinin səbəbi xarici görünüşləri, yoxsa geyindikləri brend paltarlardır? Əslində, bunlardan heç biridir. Ailem.az dünyaca məşhur modellərdən tərzlə bağlı 10 məsləhət təqdim edir.

 

Sadəliyə üstünlük verin

 

Modellər çalışmadıqları zaman sadəlikdən vaz keçməzlər. Onların küçə stili açıq rəngli cins şalvar və ağ tişört kimi sadə parçalardan ibarətdir.

 

Başdan-ayağa qara geyinin

 

Nə geyinəcəyinizi seçməkdə çətinlik çəkirsinizsə, qara rəngi seçin. Qara rəngli hər geyimdə şık və zərif görünə bilərsiniz.

 

İdman ayaqqabısı modellərin ən yaxşı dostudur

 

Modellərin 15 sm-lik hündürdaban ayaqqabıda gəzmək məcburiyyətində qaldıqları  günlər geridə qaldı. Kendall Jenner, Gigi Hadid, Bella Hadid kimi tanınmış modellər qırmızı xalını çıxmaq şərtilə başqa günlər idman ayaqqabıları ilə gəzməyə üstünlük verirlər.

 

Dəri gödəkcə hər model üçün zəruridir

 

Dəri gödəkcə yalnız bir model deyil, hər kəs üçün olmazsa olmazdır. Hər qadının üslubuna uyğun gəlir. Üstəlik, klassik paltardan tutmuş küçə stilinə qədər hər üslubda geyimlə geyinə bilərsiniz.

 

Böyük paltarlardan qorxmayın

 

Stili rahatlıqla birləşdirənlər üçün böyük tökülən paltarlar ideal seçimdir. Şalvarın üstündən 2 ölçü böyük jaket və ya tişört geyinə bilərsiniz. Çəkmələr stilinizi tamamlayacaq.

 

Cins şalvar

 

Hər modelin sevimli cins şalvarı var. Bədən quruluşları incə olduğu üçün adətən yüksək belli modelləri üstünlük verirlər. Yüksək belli cinslər beli düz göstərir, ombanı  vurğulayır.

 

Kişi üslubu güvən verir

 

Qalstuklar, kişi köynəkləri, kobud ayaqqabılar özünə güvənən qadınların qarderobunda yer alıb. Bu tərz parçalar qadınsal cazibəylə bir araya gələrək tərzinizə balans və xarakter qatacaq.

 

Yüngül makiyaj edin

 

Podiuma çıxdıqları gündən başqa modelləri ağır makiyajda görmək mümkün deyil. Hətta artıq podiumda belə, modellər təbii halları ilə qarşımıza çıxırlar. Bir model kimi olmaq istəyirsinizsə, "ən yaxşı makiyaj anlaşılmayan makiyajdır" qaydasına əməl edin.

Gün eynəyi taxın

 

Gün eynəyi hər tərzin ayrılmaz hissəsidir. Üz quruluşunuza və tərzinizə uyğun bir gün eynəyi taxdığınız zaman model kimi havalı ola bilərsiniz.

 

Ən yaxşı özəlliyinizi vurğulayın

 

Ağzınız, gözləriniz, qaşlarınız, saçlarınız, sinəniz, ayaqlarınız... Bədəninizdə ən diqqətçəkən yer hansıdır? Bir model geyimləri, aksessuarları, makiyajı ilə özəlliyini hər zaman vurğulayır.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017