Uşaqlarla bağlı yeni qanun qəbul olunacaq

Milli Məclisin payız sessiyasında “Yuvenal ədliyyə haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər.

 

Ailem.az-ın məlumatına görə, bu barədə Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev deyib.

 

Onun sözlərinə görə, qanun layihəsi üzrə işlər davam etdirilir: “Sənəd hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Həmin qurumlar təkliflərini verdikdən və işlər tam yekunlaşdıqdan sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunacaq”.

 

R.Rzayev bildirib ki, sənəd hazırlanarkən beynəlxalq təcrübə öyrənilib.

 

Qeyd edək ki, qanun layihəsinin hazırlanmasına bir neçə il əvvəl start verilib. Yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını nəzərdə tutur.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018