Ev təmizləyərkən bunlara diqqət edin

Ev təmizliyi qadınların ən çox maraqlandığı məsələlərdən biridir. Bəs haranı, necə təmizləmək lazımdır? Ailem.az bununla bağlı sizə lazımlı məsləhətlər verir

 

Yataq otağı üçün təmizlik məsləhətləri

 


- Yataq dəsti paltarlarınızdan ayrı yuyulmalıdır.

 

 

- Evdə kiçik uşaq və ya da ev heyvan varsa, yerləri həftədə 3 gün silmək lazımdır.


- Mebellərinizi təmizləmək üçün mikrofiber çitlərdən istifadə edin. Bu vasitə mebelinizdə cızıq yaranmasının qarşısını alar.

 

 

Vanna otağının təmizliyi

 

 
- Vanna otağı dolabçalarını və kafelləri yuyucu vasitə ilə təmizləyin

 

 

- Diş fırçalarınızı açıqda saxlamaq əvəzinə diş fırçası qabı istifadə edin

 

 

Mətbəx təmizliyi

- Evdə jaluzi istifadə edirsinizsə, ayda 1 dəfə təmizləməyiniz kifayətdir

 

 

- Sobanı təmizləməzdən 20 dəqiqə əvvəl isidin

 

 

- Mikrodalğalı sobanın təmizliyi üçün sodadan istifadə edin

 

 

Pərdə və xalça təmizliyi

 

 

- Pərdələri mütəmadi təmizləməyə ehtiyac yoxdur. İldə bir dəfə parça növünə görə paltaryuyan maşında yumağınız kifayətdir

 

- Xalçadakı çirki təmizləmək üçün xüsusi təmizləyicilərdən istifadə edin.

 

- Evdə heyvan saxlayırsınızsa, 6 ayda bir dərin təmizlik etməyi unutmayın

 

- Pəncərələrinizi günəşli bir gündə silməyin. Çünki gündə şüşəyə vurduğunuz təmizləmə şampunları çox sürətlə quruyur və ləkə buraxır.

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017