Böyürtkən mürəbbəsini BELƏ BİŞİRİN

Böyürtkən orqanizmə inanılmaz faydası olan bir meyvədir. Həmçinin ondan hazırlanan mürəbbə soyuq qış günlərində sizin immunitetinizi inanılmaz dərəcədə gücləndirəcək.  

Ailem.az böyürtkən mürəbbəsinin hazırlanma üsulu ilə sizi tanış edir.

 

Lazım olanlar:

 

1 kq böyürtkən

1 kq şəkər tozu

 Yarım çay qaşığı limon duzu

 

Hazırlanması:

 

Əvvəlcə böyürtkənlər yuyulur və bir ləyənə yığılıb üzərinə şəkər tozu əlavə edilir, yarım saat gözlədilir. Ara-ara asta şəkildə taxta qaşıqla qarışdırılır. Daha sonra ocağa qoyaraq əvvəl gur, sonra isə az temperaturda 20 dəqiqə qaynadılır. Ocaqdan götürməzdən bir-iki dəqiqə əvvəl limon duzu əlavə edilib qarışdırılır.

 

Əvvəlcə mürəbbəniz sizə sulu görünəcək, amma onu şüşə qaba boşaldaraq nazik bir çit ilə üzərini örtün. 1-2 gün saxladıqda istədiyiniz qatılığı əldə edə biləcəksiniz.

 

Nuş olsun! 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017