Evdəki gülün gec solması üçün bunları edin – 9 QAYDA

Masanın üzərindəki bir dəstə gül hansımızı xoşbəxt etmir ki? Onlara baxanda, ətrini qoxlayanda özümüzü gözəl hiss edirik. Heyf ki, həmin güllər tez xarab olaraq solurlar. Amma Ailem.az-ın verəcəyi məsləhətlərə əməl etsəniz, güldanınızdakı güllərin ömrü bir xeyli uzanacaq. 

 

1. Güllərinizi güldana qoymazdan əvvəl saplağının suyun içində qalacaq hissəsindən  yarpaqları təmizləyin. Saplağın boyu mütləq güldandan uzun olsun.

 

2. Gülün ehtiyac duyduğu suyu ala bilməsi üçün güldanın ən az dörddə üçünü su ilə doldurun. Amma bu su nə çox isti, nə də çox soyuq olsun. Suyu hər gün dəyişdirin. Əks halda gülünüz ona lazım olan qida maddələrini həmin sudan ala bilməz.

 

3. Güllərin saplağını 2 gündən bir kəsin. Uclarında olan kif və yosunları bitki fırçası ilə təmizləyin.

 

4. Güldanı birbaşa günəş şüaları altına və külək tutan yerə qoymayın.

 

5. Solan gülləri güldandan çıxarın. Çünki digər canlı güllərin də solmasına yol açar.

 

6. Güldana bir çay qaşığı şəkər tozu əlavə edərək güllərin daha uzun müddət tər qalmasına kömək edə bilərsiniz.

 

7. Sudakı mikroorqanizmlərin fəaliyyətini azaltmaq üçün suya əzilmiş aspirin ata bilərsiniz. Bu, güldanınızdakı bakteriyaları azaldar. Suya dəmir pul ataraq metal ionları sayəsində bakteriya fəaliyyətini azalda bilərsiniz. Ya da 1 yemək qaşığı alma sirkəsi də əlavə edə bilərsiniz. Sirkə bakteriyaların yaranmasının qarşısını alır.

 

8. Güldandakı 1 litr suya yarım çay qaşığı soda əlavə etsəniz, budağından qoparılan çiçəkləriniz daha uzun müddət qala bilər.

 

9. Çiçəklərin solmaması üçün az miqdarda saç spreyi sıxa bilərsiniz. Amma sprey sadəcə yarpaqların və tac yarpaqlarının alt tərəfindən sıxılmalıdır.

 

 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017