YUĞ Teatrı yeni mövsümü bu tamaşa ilə açacaq - AFİŞA

Azərbaycan Dövlət YUĞ Teatrı 29-cu mövsümün açılışına hazırlaşır. Kollektiv sentyabr ayının 20-də K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası ilə seyrçilərini salamlayacaq.

 

Teatrdan Ailem.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.

 

Teatrda sentyabr ayında “Medeya. Sekvensiya 01”, “Boy”, “Metamorfoza”, və “Sonuncu” tamaşaları nümayiş olunacaq.

 

YUĞ Teatrı cari mövsümdə Təranə Vahidin “Quş dili”, Qan Turalının “Polkovnikin üç günü”, H.İbsenin “Vahimə” əsərləri əsasında hazırlanan tamaşaları seyrçilərin diqqətinə təqdim etməyi planlaşdırır. Tamaşaların premyeraları oktyabr ayına nəzərdə tutulub.

 

Teatrın sentyabr ayına olan repertuarını təqdim edirik:

 

20.09.17 – “Səsimi unutma” (K.Abdulla)

21.09.17 – “Boy” (T.Əngin)

26.09.17 – “Metamorfoza” (S.Haqverdiyeva)

27.09.17 – “Sonuncu” (Pərvin)

28.09.17 – “Medeya. Sekvensiya 01” (V.Klim)

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017