Xoşqədəm od püskürdü: “O pulu rahat yeyəcəyinə əminsən?”

“Yaxşı, hamının inanıb yanına getdiyi o həkimlə bağlı sizcə, hansı addımı atım? Axı mən sənın yanına inanıb gəlmişdim. Qazandığın o pulu rahat yeyəcəyinə əminsən?”

Ailem.az-ın məlumatına görə, bunu tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyeva instagram profilində yazıb.

 

O, aylardı diş ağrısından əziyyət çəkdiyini qeyd edib: “Aylardı diş ağrısından əziyyət çəkirdim. Hansı həkimə gedirdimsə, problem yoxdur, soyuq nəsə içmisən deyirdi. Bu yay ağrıdan əziyyət çəksəm d, uşaqlara görə bir daha həkimə gedə bilmədim. Dünən çəkilişdə dişim ele ağrıdı ki, çəkilişi belə yarımçıq qoyub, dostumun məsləhət gördüyü həkimin yanına getdim. Getdim və qarşılaşdığım o dəhşətli görüntü fotodadır. Baxın! Bir çox imkanlı, tanınan insanın üz tutduğu həkim illər öncə mənim dişimi müalicə edərkən alət qırılır və diş kökündə qalır. Ağrını verməyi bir tərəfə, artıq dişin dibində bir neçə aya yaranmış o kistanın sinirə doğru böyüməsi və s... Vahiməli nəticəni düşünün...

 

Yaxşı, hamının inanıb yanına getdiyi o həkimlə bağlı sizcə, hansı addımı atım? Axı mən sənın yanına inanıb gəlmişdim. Qazandığın o pulu rahat yeyəcəyinə əminsən? Bir şeyə sevinirəm - yaxşı ki, bu cür həkimlərlə yanaşı işini sevən, fədakar, peşəkar həkimlərimiz də var”.

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017