Gündə neçə fincan qəhvə içək?BUNU BİLMƏK XEYRİNİZƏDİR

Bəzi mütəxəssislər ölçülü miqdarda qəhvənin sağlamlığa müxtəlif faydaları olduğunu söylərkən, bəziləri tam əksini iddia edir. Yeni aparılan bir araşdırma isə qəhvə mübahisəsinə başqa bir şəkil verdi.

 

Ailem.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ispaniyalı araşdırmaçıların apardığı araşdırma gündə 4 fincan qəhvə içməyin erkən ölüm riskini azaltdığını ortaya çıxarıb. Yaşları 25-60 arasında dəyişən 20 min şəxs 10 il boyunca müşahidə edilib. Araşdırmanın nəticəsində çox qəhvə içənlərin erkən ölüm riskinin 3-də 2 faiz azaldığı məlum olub.

 

Mütəxəssislər qəhvədə olan antioksidantların ürəyə faydalı olduğunu və xərçəngdən qoruduğunu düşünür. İçilən qəhvə miqdarı 2 fincan artdıqca ölüm riski də 20 faizə düşür. Gündə 4 fincan qəhvə içənlərdə isə erkən ölüm riski 64 faizə qədər düşə bilir.

Ötən ay 520 min şəxsin iştirakı ilə aparılan bir araşdırmada da qəhvənin qaraciyər funksiyalarını yaxşılaşdırdığı, iltihabı azaltdığı və həzm sistemini gücləndirdiyi ortaya çıxıb.

 

Araşdırmanı aparan həkim Adela Navarro bunları deyib: “Gündə 4 fincan qəhvə insanların sağlıqlı pəhrizlərinin bir parçası ola bilər. Ancaq araşdırmaya qatılan şəxslər arasında gündə 8 fincandan çox qəhvə içən adam yoxdur.

 

Bildirək ki, mütəxəssislər qəhvənin saymaqla bitməyən faydaları olmasına baxmayaraq, çox istifadəsini də tövsiyə etmirlər. Avropada Qida Təhlükəsizliyi Agentliyi gündə 0.4 qram qəhvədən çox içilməməsinin lazım olduğunu söyləyir. Bu da gündə 4 fincan hazır qəhvəyə bərabər ölçüdür. 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017