Keçi pendiri, hind qozu, bənövşəyi kartof… – BÜTÜN ZAMANLARIN ƏN FAYDALI QİDALARI

"Time" jurnalı tarixin bütün dövrlərində  orqanizm üçün ən faydalı olan 50 bitki və qidanın siyahısını dərc edib.

Ailem.az Modern.az-a istinadən Tufts Tibb Mərkəzlərinin dietoloqlarının hazırladığı siyahıdan bəzi bitki və təamları sadalayır.

 

1. Ghe yağı - hind mətbəxində istifadə olunur. Dadlı və orqanizm üçün faydalıdır. Duzsuz kərə yağından əldə edilir. Mədə-bağırsaq xəstəlikləri, dəri və gözaltı qırışları aradan qaldırır, qan dövranının fəaliyyəti üçün çox faydalıdır;

 

2. Harissa sousu - Mərakeş mətbəxinə aid olan həddindən artıq acı ədviyyatdır. Sousda bibər, zeytun yağı, sarımsaq və bəzi acı ədviyyatlardan istifadə olunur. Tərkibində xalestrol və şəkərin olmaması onun orqanizm üçün faydalılıq dərəcəsini artırır. İmmun sistemini gücləndirir.

 

3. Keçi pendiri - başqa ev heyvanlarına nisbətdə keçi pendirinin yağlılığı az olur. Bu da onun üstün tərəflərindən biridir. Əvəzində keçi pendirində inək pendirindən xeyli çox dəmir var. Bir kiloqramlıq keçi südündün tərkibində cəmi 8 qram yağ, 22 milliqram isə xalesterol olur. Bu da həzm sisteminin inkişafına xidmət edir;

 

4. Hind qozu - orqanizm üçün bir çox faydaları özündə cəmləşdirir. Tərkibindəki potasium əzələlərin inkişafına xidmət edir, əzələ yanmasının qarşısı alır. Bundan əlavə hind qozundakı maqnezium və fosforun da əlavə faydaları var. Lakin bu ünsürdən gün ərzində xüsusi rejimlə faydalanmaq lazımdır. Əks halda, əks nəticə verə bilər.

 

5. Ton balığı - həftədə 200 qram ton balığı yemək  ürək xəstəliyi riskini 36% azaldır. Bu balıqlardakı  yağ   orqanizmə müsbət təsir göstərir.  Xüsusən də göz və bağırsaq xəstəliyinə faydalı olan   "Omeqa 3" yağları həm də ürək-damar sisteminə və beynin sağlam fəaliyyətinə kömək edir.

 

6. Spirulina – Sağlamlıq üçün kifayət qədər dəyərli olan  su yosunudur. Spirulina ürək problemləri və  maddələr mübadiləsinin düzgün reaksiyasına çox kömək göstərən qidadır.

 

7. Limon - bu bitkinin faydalarından danışmaq artıqdır. C vitamini anbarı hesab edilən limon daxili və xarici xəstəliklər, ürək-damar sisteminin düzgün fəaliyyəti, qan dövranının aktiv fəaliyyəti üçün çox xeyirlidir. Tərkibində cəmi 1,5 qram şəkər, 0,2 qram protein var. Odur ki, ondan çox istifadə bədəndəki maddələr mübadiləsinin pozulmasına səbəb olmur.

 

8. Bənövşəyi kartof - antik dövrün qidası hesab olunur. Hətta onu adi insanlar və qullar yeyə bilməzdilər. Müqədəs hesab edilən bitki əsasən, Cənubi Amerikada bitir. Lakin son illərdə Avropada da istehsalı ilə məşğul olurlar. Yediyimiz kartofdan 10 dəfə faydalı hesab edilir.

Siyahının növbəti pillələrində olan bitki və qidalar bunlardır: manqo, çiyələk, böyürtkən, gilənar, Lahana turşusu, Meksika spagettisi, alma, pencər, gül kələm, balqabaq,  Kimçi sousu, zeytun, zəncəfil kökü və s.

 

 

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017