Çox tərləmək xərçəngin göstəricisi ola bilərDİQQƏTLİ OLUN

Kimlər üçün tərləmək adi hal olsa da, bəziləri üçün tərləmək kabusa oxşayır. Bu, insanlarda narahatlığa, komplekslərə səbəb olur. Amma həddindən artıq tərləməyin də öz səbəbləri və çarəsi var.

 

Ailem.az bununla bağlı türkiyəli həkim Ayşegül Navdarın məsləhətlərini diqqətinizə çatdırır:

Tərləmə insan vücudunun soyutma sistemidir. Bu, orqanizmin istiliyini sabit tutmağa köməkçi olan fizioloji bir prosesdir.  Bədənimizdə təxminən 2-3 milyon tər vəzi var. Tərləmə metabolizmanın təbii bir funksiyasıdır. Həmçinin orqanizmimiz üçün iki əhəmiyyətli funksiyası var. Dərini nəmləndirir və orqanizmin təmizlənməsinə kömək edir. Nə qədər tərlədiyimiz isə daha çox sahib olduğumuz tər vəzilərinin sayı ilə bağlıdır: "Bir insan 2 ilə 4 milyon arasında dəyişən sayda tər vəzi ilə doğulur. Bu tər vəziləri ərgənlik dönəmində tamamən aktiv hala gəlir. Qadınlarda tər vəziləri çox olsa da, kişilərdə bu vəzilər daha aktivdir”.

 

Həkim bildirir ki, tərləmənin müxtəlif səbəbləri var. İsti hava, həddindən artıq nəm, qalın, ya da səhv geyim, sintetik paltarlar, idman etmək, fiziki anlamda yorulmaq. Bundan əlavə siqaret, alkoqollu içkilər,  acı yeməklər, qəhvə, çay kimi isti içkilər, stress, həyəcan da çox tərləməyə səbəb olur.

 

“Tərləmənin orqanizm üçün vacib bir hal olduğunu söyləsək də, həddindən artıq tərləmə müxtəlif xəstəliklərin göstəricisi ola bilər. Çox tərləmənin əsl səbəbi hiperhidrozdur. Ancaq çox tərləmənin də fərqli səbəbləri var. Birinci növ hiperhidrozda xüsusilə genetik faktorlar ön plandadır. Səbəbi isə tər vəzilərinin normadan 4-5 qat artıq işləməsidir. İkinci növ hiperhidrozda isə çox tərləmə başqa xəstəliklərə işarədir. Bu xəstəliklər spirtli içki, ya da narkotik maddə asılılığı, ağciyər xəstəlikləri, diabet, aşağı qan şəkəri, tiroid vəzin çox çalışması, menopauza, bəzi xərçəng növləridir. Bundan əlavə ürək xəstəlikləri, qızdırma və infeksiyalar, vərəm hallarında da çox tərləməyə rast gəlinir”, – deyə o məlumat verib.

 

Çox tərləmənin nə zaman ciddi bir təhlükəyə dönməsi ilə bağlı danışan həkim söyləyib ki, şəxsdə yüksək qızdırma, sinədə ağrı, nəbzdə sürət, təngnəfəslik, birdən-birə arıqlama varsa, bu, təhlükədən xəbər verir: “Ciddi tərləmə pozuntuları cərrahi üsulla normallaşdırıla bilər. Bu cərrahi əməliyyat narkoz vasitəsi ilə həyata keçirilə bilər. Bundan əlavə bəzi dezodorantlarla, antipresperant dərmanlar, botoks tətbiqi şəklində müvəqqəti olaraq çox tərləmənin qarşısını almaq olar. Botoks tətbiqində qoltuq altı, ovuc içi və ya pəncəyə olduqca kiçik iynələrlə müdaxilə edilir. Bu, tər vəzilərində müsbət təsir göstərir”.

 

 

 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017