Belə etsəniz, paltarınızın rəngi solmaz – 6 FAYDALI MƏSLƏHƏT

Bir çox hallarda aldığımız geyimlər bir neçə dəfə geyindikdən sonra öz rəngini itirməyə başlayır. Hətta onu bir daha yumağa qorxuruq ki, tamamilə rəngini itirərək, solacaq. Bəs necə edək ki, paltarlarımızın rəngi solmasın? Ailem.az bununla bağlı sizə faydalı məsləhətlər verir.

 

Soda

 

Ağ geyimlərinizin ilk günki kimi görünməsini istəyirsinizsə, ağ geyimlərinizin yuyulma suyuna bir stəkan soda əlavə edə bilərsiniz.

 

Qara istiot

 

Geyimlərinizi paltaryuyan maşına qoymazdan əvvəl ona bir çay qaşığı qara istiot əlavə edin. Qara bibər həm paltarlarınızın rəngini, həm də parçasını qoruyacaq. Diqqət edəcəyiniz tək məqam isə suyun isti yox, ilıq olmasıdır.

 

Sirkə

 

Paltarlarınızın daha ağ görünməsi üçün onları durulayarkən sirkə əlavə edə bilərsiniz.

 

Duz

 

Rəngli və qara geyimlərin rənginin solmaması üçün onları duzlu suda islağa qoymaq lazımdır.

 

Yumurta qabığı

 

Ağ paltarlarınızı qaynadarkən ona yumurta qabığı əlavə etsəniz, ağappaq nəticəyə nail olacaqsınız.

 

Çay və qəhvə

 

Əgər tünd rəngli paltarlarınızın solmasından şikayətçisinizsə, onları dəmlənmiş çay, ya da qəhvə ilə yuya bilərsiniz.  

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017