Közlənmiş bibər salatının RESEPTİ

Ev şəraitində müxtəlif yeməklər və salatlar hazırlamaq bir çoxumuzun sevdiyi işdir. Bəzən də istəyirik ki, daha fərqli nələrsə hazırlayaq.

Ailem.az bununla bağlı sizə fərqli bir salat resepti verir.

 

Közlənmiş bibər salatı

 

Lazım olanlar:

 

4 ədəd bibər

1 stəkan zeytun yağı

2 xörək qaşığı nar şərab

2 diş sarımsaq

Duz

İstiot

 

Bibərlər yuyulur, qurulanır və nazik şəkildə qabıqları soyulur. Yağlı kağız sərilmiş ocaq qabına qoyulur. Hər tərəfinə yağ sürtülür və duz səpilir. 200 dərəcə qızdırılmış ocaqda 30 dəqiqəyə qədər bişirilir. Həmçinin bu müddət ərzində onları çevirin ki, hər tərəfi yaxşı bişsin. Yaxşıca yumşalan bibərlər soyudulur daha sonra saplaqları çəkilir və içindəki toxumlarla bərabər asanlıqla çıxarılır.

Üzərinə əzilmiş sarımsaq, narşərab, istiot vurulur. 2 saat soyuducuda saxlandıqdan sonra yeməyə hazır olur.

 

Nuş olsun!

 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017