Musiqili Teatr yeni mövsümü “Ər və arvad”la açacaq

Azərbaycan Dövlət Musiqili Teatrı yeni 108-ci teatr mövsümünə dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə start verəcək.

Teatrdan Ailem.az-a verilən məlumata görə, mövsümün açılışı sentyabrın 16-da baş tutacaq.

Teatrda hər yeni mövsümün Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli komediyası ilə açılması artıq ənənə halını alıb. Bunun da xüsusi səbəbləri var. Belə ki, Musiqili Teatrın əsası 1910-cu ildə məhz bu ölməz səhnə əsəri ilə - “Ər və arvad” tamaşası ilə qoyulub. Eyni zamanda ölkəmizdə hər il teatr mövsümünün açılışı dahi Üzeyir Hacıbəylinin doğum günü ərəfəsində baş tutur.

 

Qeyd edək ki, tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa edəcəklər.

 

Musiqili Teatrın sentyabr ayı üçün olan repertuar planını təqdim edirik.

16.09 Ü.Hacıbəyli – “Ər və arvad” (108-ci mövsümün açılışı) 19-00

17.09 İ.Əfəndiyev – “Mənim günahım” 19-00

22.09 İ. Sadıqov – “Molla Nəsrəddinin beş arvadı” 19-00

23.09 Ü.Hacıbəyli – “Arşın mal alan” 19-00

24.09.Ü.Hacıbıyli – “O olmasın bu olsun” 19-00

29.09 İ. Kalman – “Silva” (rus dilində) 19-00

30.09 Elçin – “Baladadaşın toy hamamı” 19-00

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017