Ruhi xəstə: “Qollarım sənin üçün darıxır...”

Psixoloji narahatlıqlar hər yaşda olan insanlarda görülə bilir və eynilə fiziki narahatlıqlar kimi, onların da bir mütəxəssis köməyi ilə həll edilməsi lazımdır. Çünki heç də əhəmiyyətsiz bir narahatlıq deyil. Xarici saytlardan biri psixiatrlara “Ruhi xəstələrdən duyduğunuz ən təsirli cümlə hansıdır?” sualı ilə müraciət edib. Ailem.az həmin cavabları diqqətinizə çatdırır.

 

1. “Özümü öldürmək istəmirəm. Özümü öldürmək istəyən məni öldürmək istəyirəm”.

 

2. "İnsanlar dərmanları özlərini daha yaxşı hiss etmək üçün istifadə etmir. Əksinə özlərini daha az pis hiss etmək üçün istifadə edirlər”.

 

3. “Aldığınız hər kiçik qərarın sizin üçün ölüm-dirim savaşına çevrildiyini xəyal edin”.

 

4. “Qollarım sənin üçün darıxır”.

 

5. “Acı hiss etmək heç bir şey hiss etməməkdən daha yaxşıdır”.

 

6. “Əgər yoldaşınız yoxdursa, bu vəziyyət elə də problem yaratmaz. Dost sahibi olmaq sizi xoşbəxt edər, ancaq sizi daha yaxşı bir insan etməz. Zamanında kim çox məşhur idi və bir çoxları tərəfindən sevilirdi? Hitler...".

 

7. “Özümü bir qarabasma kimi hiss edirəm. Bütün xoşbəxt həyatların olduğu bir yerdə, pərdə arxasında görünməz bir şəkildə dolaşıram”.

 

8. “Xəyal dünyasında kiçik bir səyahətə çıxdığını və bir an özünü saxlayıb, həqiqətə dönüb dönə bilməyəcəyin zamanı bilmədiyini düşün. Bəli, mən hər gün bunu yaşayıram”.

 

9. “Bütün həyatımızı xoşbəxt olmaq üçün bir yer əldə etməmiz lazımdır düşüncəsiylə keçiririk. Halbuki gerçək xoşbəxtlik siz o nöqtənin xəyalını qurarkən belə onun əsla gerçək olmayacağını düşünməkdən keçir. Xoşbəxtlik əslində bu anda və tamamilə bu an sahib olduqlarımızda”.

 

10. “Səsim sənin haqqında nə söyləyirsə söyləsin, səni sevirəm, Jace”.

 

11. “Dərmanları məni müalicə etməsi üçün qəbul etmirəm, çünki məndə müalicə edilməsi lazım olan bir narahatlıq yoxdur. Mənim ətrafımdakı hər kəs dəlidir və bu dərmanlar onlara uyğunlaşmam üçündür”.

 

12. “Tanrım, mən yerin lava olduğu zamanla xəyali dostları olan insanların şizofren sayıldığı zaman arasındakı keçid dönəmini qaçırdım”.

 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017