Saçlarınızı kakos yağı ilə canlandırın - MASKA

Dəniz, qum, günəş saçlarınızı xarab edib? Üzülməyin! Çünki saçları yenidən canlandırmağın sirri təbiətdədir. Ailem.az bununla bağlı sizə faydalı çıxış yolu göstərir.

 

Kakos yağı ilə saçlarınızı təkrar əvvəlki halına qaytara bilərsiniz. Saymaqla bitməyən faydaları olan kakos yağı istifadə edərək nazilən çaşlarınızı qalınlaşdırıb, saç uclarındakı qırıqları bərpa edə bilərsiniz.  Həftədə bir dəfə kakos yağı ilə saçlarınıza qulluq edərək mükəmməl saçlara qovuşa bilərsiniz.

 

Kakos yağı ilə saça qulluq necə olur?

 

Əvvəlcə saçlarınızı hər zaman istifadə etdiyiniz şampunla yuyun. Sonra onları yaxşıca qurulayın. Otaq temperaturunda qatı formada olan kakos yağını ovcunuza tökərəkalaraq əlinizin hərarəti ilə əridirin.

 

Əgər saçlarınız yağlıdırsa sadəcə uclarına, qurudursa, o zaman saçınızın hər yerinə sürtün. Yağın saçlara təsir etməsi üçün 5 dəqiqə masaj etmək lazımdır. Daha sonra onları sellofanla bağlayaraq, 2 saat gözləyin və sonra şampunla yuyub yaxşıca durulayın.

 

Əgər saçlarınız boyalıdırsa və çox xarab olubsa, bunu həftədə iki dəfə istifadə edə bilərsiniz.

 

İstədiyiniz nəticəni almaq üçün bir ay mütəmadi olaraq kakos yağı ilə saçınıza qulluq etməlisiniz.

 

 

 

 

 

 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017