Buzlu qəhvə içmisiniz? - RESEPT

Bir çox insanlar qəhvə içməyi çox sevir. Hətta elə insanlar var ki, gün ərzində 5-6 fincan qəhvə içir. Ailem.az qəhvə xoşlayanlara yayda içmələri üçün buzlu qəhvənin hazırlanma qaydasını təqdim edir.

 

Tərkibi:

 

2 stəkan su

4 xörək qaşığı nescafe

1-2 çay qaşığı hil toxumu

3 xörək qaşığı qatılaşdırılmış süd

Buz

 

Hazırlanması:

 

Qəhvə bir az isti suda əridilir və buzdan başqa lazım olan bütün vəsaitlər böyük bir qabın içinə qoyulur, yaxşıca qarışdırılır. Sonra həmin qarışım içi buz dolu stəkana süzülür və içilməyə hazır olur.

 

Nuş olsun!

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017