"Ərim uşaqlarımı qaçırdıb"

Model Ebru Şallı ilə sevgili olan Uğur Akkuşun rəsmi nikahda olduğu həyat yoldaşı Qonca Akkuş ərinin uşaqlarını oğurladığını deyib.
 

Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, bu barədə mediaya açıqlama verən Qonca bunları söyləyib: “Həyat yoldaşım oğlumu və qızımı 3 həftədir məndən qaçırır. Mənə “Ya evə qayıt, ya da təzminat tələb etmədən məndən boşan. Yoxsa uşaqları görə bilməzsən” deyir. Evə qayıdım, o da Ebru ilə münasibətini rahat şəkildə davam etdirsin istəyir. Ebru Şallı ana olaraq mənə anlayış göstərməli idi. Bu işdə onun da barmağı varsa, ar olsun! Uşaqlarımla mən çox əziyyət çəkirik. Eşqlərini yaşasınlar, bizimlə işləri olmasın. Evliliyim boyunca bir gün belə, uşaqlarımdan ayrı qalmamışdım”. 
 

Qeyd edək ki, Ebru Uğura “Arvadından boşandıqdan sonra birlikdə olacağıq” şərtini qoyub. 

LENT

19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018