Dünyanın ən yaşlı pişiyi öldü - FOTO

Dünyanın ən yaşlı pişiyi olduğu bilinən Nutmeg 32 yaşında ölüb.

 

Ailem.az xarici mediaya istinadən bildirir ki, İngiltərənin Gateshead şəhərində yaşayan Liz və Lan Finlayın sahibi olduğu Nutmeg 144 pişik yaşında ölüb. Cütlük Nutmegi 1990-cı ildə bağçalarında tapıb və onu sahbləniblər.

 

Lan Finlay Nutmeg ilə bağlı bunları deyib: "O, bizim pişiyimiz deyildi, biz onun insanlarıydıq. Bunu bizə heç bir zaman unutdurmadı. Bunun onun uzun yaşamasının sirri olduğunu düşünürəm".

 

Nutmeg dünyanın ən yaşlı pişiyi olaraq "Ginnesin Rekordlar Kitabı"na düşmüşdü.

 

Bildirək ki, pişiklərin ortalama yaş həddi 15 ildir.

 

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017