Üzeyir Hacıbəyli adına festival keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur.

 

Ailem.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş IX Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.

 

Festivalda Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna, İrandan tanınmış musiqiçilər və kollektivlər – Yeni  Münhen Filarmonik orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Aleksey Semenenko, Sergey Doqadin, Boris Andrianov, Filipp Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcəklər.

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017