Məhsulun keyfiyyətli olub-olmadığını yoxlamağın 10 ÜSULU

Yeni bir paltar, aksessuar, ya da hansısa bir məhsul aldıqda onların keyfiyyəti əhəmiyyətlidir. Əfsus ki, çox zaman aldıqlarımızın bir yumadan sonra ya rəngi solur, ya cırılır...

Ailem.az bir məhsulun keyfiyyətini necə anlamaqla bağlı 10 faydalı məsləhət verir.

 

Pambıq məhsulların keyfiyyətini sıxaraq anlayın

 

Satın almaq istədiyiniz məhsulu əlinizə alın və bir neçə saniyə ovcunuzun içərisində sıxın. Məhsulu sıxıb buraxdıqda bürüşmüş kağız kimi görünürsə, ehtimal ki, şəklini qoruması üçün xüsusi bir maddə vurulub və ilk yumadan sonra sərt bir hal alacaq.

 


Məhsulu tikiş yerlərindən çəkərək, tikişlər arası boşluğu yoxlayın

 

Keyfiyyətli məhsullar sıx və sağlam tikişli olur. Əlinizə aldığınız məhsulu yavaşca çəkişdirin. Tikişlər sıx deyilsə, deməli, bu məhsul keyfiyyətsizdir.

 

 

Açıq zəncirbəndli məhsullara yaxın durmayın

 

Geyim, ya da aksesuar alarkən zəncirbəndləri metaldan hazırlanmış məhsulları seçin. Parça, ya da dəri bir qayış ilə dəstəklənən zəncirbəndlər sağlam deyil. Eyni  zamanda plastik qayışdan olan zəncirbəndli məhsullar da məhsulun keyfiyyətsizliyindən xəbər verir.

 

 

Kənar qıvrımlarının kifayət qədər geniş olmasına diqqət edin

 

Şalvarların və ətəklərin kənar qıvrımları ən az 4 sm olmalıdır. Köynəklərin isə kənar qıvrımları 2 sm-ə qədərdir. Hansısa bir kənar qıvrımı görə bilmirsinizsə, ya da bu qıvrımlar bəsit bir şəkildə tikilibsə, bu, keyfiyyətsiz bir məhsula baxırsınız deməkdir.


 

Parçanı dartın

Əlinizə aldığınız paltar, ya da ətəyin bir parçasını iki yana çəkib bir müddət tutun və buraxın. Parça şəklini itirirsə, deməli, keyfiyyətsizdir.

 

Zəncirbənd bitişinə diqqət

Hansısa bir geyimin zəncirbənd birləşim nöqtəsinin düz və bərabər olması lazımdır. Rəng uyğunluğuna da diqqət edin.

 

 

Etiketi yoxlayın

 

Pambıq, ipək, yun kimi təbii parçalar, sintetik parçalardan daha güclü və dayanıqlıdır. Bununla yanaşı 1 faiz pambıqlı parça ilk yumadan sonra kiçilə bilər. Buna görə alış-veriş edərkən parçanın tərkibində pambıqla yanaşı 5-0 faiz arası süni mal (viskoz, poliester, neylon və s) olan məhsulları seçin.

 

 

Tikişlərin və ipliklərin uyğunluğuna diqqət edin

 

Parça naxışlarının ipliklərlə uyğunluğuna diqqət edin. Naxışlar müxtəlifdir və ipliklər fərqli rəngdədirlərsə, bu, məhsulun sürətli bir istehsaldan keçdiyini və beləliklə, keyfiyyətli olmadığının göstəricisidir.

 

 

Düymə ilgəkləri

 

İstehsalçılar saxta, ya da keyfiyyətsiz bir məhsul istehsal etdiklərində kiçik detallara diqqət etməzlər. Buna görə bir məhsulu satın almazdan qabaq düymə ilgəklərinin tikişlərinə diqqət etməlisiniz. Düymə ilgəklərindən iplər sallanır, ya da düymə dəliyi gəlişigözəl kəsilib tikilmədən qoyulubsa, bu məhsul son dərəcə keyfiyyətsizdir.

 

 

Çanta saplarına fikir verin

 

Çantada rəng bütünlüyü önəmlidir. Çantanın saplarında ton fərqi varsa, bu çanta günəş işığı və başqa faktorlar səbəbi ilə asanlıqla köhnələcək.

 


 

 

 

İstehsalçılar saxta, ya da keyfiyyətsiz bir məhsul istehsal etdiklərində kiçik detallara diqqət etməzlər. Buna görə bir məhsulu satın almazdan qabaq düymə ilgəklərinin tikişlərinə diqqət etməlisiniz. Düymə ilgəklərindən iplər sallanır, ya da düymə dəliyi gəlişigözəl kəsilib tikilmədən qoyulubsa, bu məhsul son dərəcə keyfiyyətsizdir.

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017