Övladlarını surroqat ana vasitəsilə dünyaya gətirən məşhurlar SİYAHI - FOTOLAR

Bəziləri sağlamlıq problemlərinə görə, bəziləri də bədən formalarının pozulmaması üçün övladlarını surroqat ana vasitəsilə dünyaya gətirirlər. Xüsusilə də məşhurlar. Ailem.az övladlarını surroqat ana vasitəsilə dünyaya gətirən məşhurları təqdim edir.

 

Kristiano Ronaldo

 

2010-cu ildə məşhur futbolçunun surroqat anadan Kristiano Ronaldo Jr. adında bir oğlu oldu. Yenə də adı açıqlanmayan bir surroqat ana onun əkiz uşaqlarını dünyaya gətirib. Ronaldo əkizlərinə Mateo və Eva adını verib.

 

Sarah Jessica Parker - Matthew Broderick

 

Sarah Jessica Parker və Matthew Broderick cütlüyü əkiz qızları Marion və Tabithanı bir surroqat ana vasitəsilə dünyaya gətirib.

 

 

Kim Kardashian - Kanye West

 

North və Saint adında iki uşağı olan Kim və Kanye üçüncü uşaqlarını surroqat ana ilə dünyaya gətirməyə qərar verib.

 

Nikol Kidman - Keith Urban

 

2006-cı ildə Keith Urban ilə evlənən Nikol Kidman ilk qızını 41 yaşında dünyaya gətirib. Digər qızı Faith Margaret isə surroqat ana vasitəsilə doğulub.

 

Lucy Liu

 

“Charlinin Mələkləri” filmi ilə tanınan Lucy Liu surroqat ananın köməyi ilə 46 yaşında uşaq sahibi olub.

 

Elton John - David Furnish

 

Məşhur müğənni Elton John və David Furnish cütlüyünün iki oğlu eyni surroqat ana tərəfindən doğulub.

 

Neil Patrick Harris - David Burtka

 

Aktyor Neil Patrick Harris və Daivd Burtka cütlüyünün daşıyıcı ana sayəsində əkizləri var.

 

Ricky Martin - Jwan Yosef

 

2010-cu ildə homoseksual olduğunu bildirən məşhur müğənninin surroqat ana sayəsində Valentino və Matteo adında iki oğlu var.

 

Jordana Brewster - Andrew Form

 

“Sürətli və qəzəbli” filmindən tanıdığımız məşhur aktyor ikinci oğlu Rowanı surroqat ana ilə anlaşaraq dünyaya gətirdi.

 

Jimmy Fallon - Nancy Juvonen

 

Tanınmış aparıcı Jimmy Fallon və yoldaşı Nancy Juvonen ikinci qızları Winnie Roseunu surroqat ana ilə dünyaya gətirib.

 

George Lucas - Mellody Hobso

 

Kino rejissor George Lucas və həyat yoldaşı Mellody Hobson surroqat ana yolu ilə doğulan uşaqlarına Everest Hobson adını verib.

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017