Şaftalı turşusu yemisiniz? – RESEPT

Şaftalı hər birimizin xoşladığı meyvələrdəndir. Şaftalının həmçinin ləzzətli mürəbbəsi olur ki, çayla içildikdə əvəzolunmazdır. Amma Ailem.az-ın verəcəyi bu reseptlə siz fərqli bir dadla tanış olacaq, damaq dadınızı yeniləyəcəksiniz.

 

Zəncəfilli şaftalı turşusu

 

Lazım olanlar:

 

1 yemək qaşığı bitki yağı,

Yarım çay qaşığı zəncəfil,

6 ədəd yetişmiş şaftalı

Qırmızı istiot

3 xörək qaşığı şəkər

3 xörək qaşığı alma sirkəsi

Duz

 

Hazırlanması::

 

Yağı sous tavasında isidin. Zəncəfili yağa əlavə edin və o qızılı rəng alana qədər bişirin. Soyulmuş şaftalıları içinə qoyun. Həmçinin qırmızı bibər və duz vurun. Təxminən 15 dəqiqə qalın bir sous yaradana qədər orta temperaturda isidib qarışdırın. Şəkəri və sirkəni əlavə edib 15 dəqiqə daha bişirməyə davam edin. Daha sonra altını söndürüb, tamamilə soyudun. Hava keçirməz balonlara yığın və bir həftə boyu soyuducuda saxlayın. Bundan sonra yeməyə hazırdır.

 

Nuş olsun!

LENT

12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017