Azərbaycanda süni uşaq qidalarının reklamı məhdudlaşdırılır

Azərbaycanda körpə və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamı ilə bağlı qaydalar dəyişdirilir.

 

Ailem.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinin 213-cü maddəsinə (Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması) əlavə və dəyişiklik təklif edilir.

 

Layihəyə əsasən, məcəllənin 213-cü maddəsinin 0.1.-ci bəndi dəyişdirilərək bu formada verilir: “Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməməsinə, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyinin, ana südünün üstünlüyünün qeyd olunmamasına”.

 

Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “süni qida məhsullarının reklamında ana südünün üstünlüyünün qeyd olunmamasına”.

 

Bəndin dispozisiyasında cəzalar fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimədir.

 

Bundan başqa maddəyə yeni 0.4.-cü bənd də əlavə olunması təklif edilir. Təklif olunan bənddə qeyd edilir ki, “körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə, fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə ediləcək".

 

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017