Elzanın pişiyi öldü: "... miyoldayıb bizi çağırırdı ki, gəlin"

Əməkdar artist Elza Seyidcahanın xərçəngə yoluxmuş pişiyi ölüb.

 

Ailem.az-ın məlumatına görə, müğənni bu haqda instagram səhifəsində yazıb.

 

O, Ceyla adlı pişiyin 11 ildir onların evində qaldığını qeyd edib: “Ceyla bizi tərk etdi. Həyatın qanunudur, hamımız bir gün gəlib, bir gün gedəcəyik. Əsas odur ki, xoş xatirələr qalsın. Ceyla 11 il bizimlə qaldı. Qızım Gülşən ona necə baxdı... Bəlkə bəzi insanlar heç öz valideynlərinə elə qulluq etməzlər. Hamını öpüb qarşılayır, yola salırdı. Əsərlərimi, şeirlərimi hamıdan yaxşı tanıyırdı. Səmərrux ağlayan kimi tez yanına gedirdi, miyoldayıb bizi çağırırdı ki, gəlin. Hələ mən yolda olanda gəlişimi hiss edib, qapıda gözləyərdi. Heyvanların vəfasından danışmaqla bitməz”.

 

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017