Limonlu, zəncəfilli marmelad – RESEPT

Limon və zəncəfil ayrı-ayrılıqda sağlamlığımız üçün faydalı qidalardır. Amma onları bir yerdə istifadə edərək də ləzzətli bir marmelad hazırlaya bilərsiniz. Ailem.az limon və zəncəfilli marmelad reseptini təqdim edir

 

Lazım olanlar:

 

6 ədəd limon

5-6 santimetr ölçüdə zəncəfil kökü

1 kilo şəkər tozu

 

Hazırlanması:

 

Əvvəlcə limonları yuyun və qabığını soyun. Sonra limonu dörd yerə bölüb zədələmədən çay qaşığı ilə çıxarın. Çıxardığınız meyvə qisminin çəyirdəyini ayıraraq mətbəx robotuna qoyun. Limon qabıqlarını kub şəklində doğrayın. Doğranmış limon qabıqlarını bir az su ilə qaynadın və süzün. Süzdükdən sonra dərhal soyuq suyun içinə qoyun. Zəncəfilin də qabığını soyub rəndələyin. Limon qabıqlarını da mətbəx robotundakı limon içinə əlavə edib marmelad vəziyyətinə gələnə qədər çəkin. Sonra hazırladığınız limonu bir ləyənə tökün və şəkər tozunu əlavə edərək qaynadın. Qaynamağa başladıqdan sonra rəndələdiyiniz zəncəfili də töküb vam odda qaynatmağa davam edin. Təxminən 30 dəqiqə qaynadıqdan sonra marmelad halını aldıqda ocaqdan götürərək, otaq temperaturunda soyudun.

Balona yığaraq soyuducuda saxlayın.

 

Nuş olsun!

 

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017