Hamilə ikən hamilə qalmaq mümkündürmü?

İngiltərədə qəribə hadisə qeydə alınıb. Belə ki, Jolene Broad adlı bir qadın əkiz uşaqlara hamiləykən yenidən hamilə qalaraq üçəm dünyaya gətirib.

 

Bu isə "Hamiləykən yenidən hamilə qalmaq mümkündürmü?” sualını doğurur.

 

Ailem.az-ın məlumatına görə, medicina.az bu suala cavab tapmaq üçün ginekoloqa müraciət edib. 

 

Ginekoloq Firuzə Cəfərzadə bildirib ki, bu hallara nadirən rast gəlinir, hətta milyonda bir baş verir: "Normal şərtlər daxilində bu, təbii ki, mümkün deyil. Çünki qadınlarda normalda ayda 1 yumurta hüceyrə yetişir və hamiləlik baş verərsə, yumurtalıqların aktivliyi dayanır. 

 

Ancaq belə hadisələr yalnız iki halda baş verə bilər: qadında həmin ay iki yumurta hüceyrə yetişərsə və ya süni mayalanma zamanı. Birinci halda yumurta hüceyrənin biri vaxtında döllənir, ikincisi isə daha gec mayalanaraq əkizlər dünyaya gəlir. Hətta belə hallar da ola bilər ki, əkizlər dünyaya ayrı-ayrı zamanlarda - bir neçə gün, hətta həftə fərqi ilə dünyaya gəlsin. İkinci halda isə qadına döllənmiş embrion yerləşdirilir, müəyyən zaman fasiləsindən sonra ikinci döllənmiş embrion yerləşdirilir. Nəticədə isə belə hadisənin baş verməsini müşahidə etmək mümkündür”.

 

Qeyd edək ki, belə tibbi hadisələr son 100 ildə sadəcə 6 -7 dəfə gerçəkləşib.

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017