Azərbaycanda 3 aylıq uşağı elə əməliyyat etdilər ki... - FOTO

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsində 3 aylıq Rəsul Əlizadə üzərində nadir əməliyyatlardan biri aparılıb.

 

ATU-dan Ailem.az-a verilən məlumata görə, 17 iyun 2017-ci il təvəllüdlü Əlizadə Rəsul Akif oğlu sentyabrın ortalarında ATU-nun Tədris Cərrahiyyə Klinikasına daxil olub. Hirşprunq diaqnozu qoyulan bu körpədə bağırsaq keçirməzliyi əlamətləri olub. Valideynləri bildirib ki, bundan əvvəl bir neçə klinikaya müraciət etsələr də, orada təklif olunan müalicə və üç mərhələli əməliyyat üsulu ilə razılaşmayıblar.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent  Ramiz Poluxovun sözlərinə görə, klinikada diaqnoz təsdiqlənib: “Lakin biz yüksək ixtisaslaşmış anestezioloji-reanimatoloji xidmətləri nəzərə alaraq, xəstənin bir mərhələli - transanal yolla yoğun bağırsağın rezeksiyası - koloanal anastomozun qoyulması əməliyyatını təklif etdik. Beləliklə, sentyabrın 15-də R.Əlizadə əməliyyat olundu. Əməliyyatdan bir sutka sonra xəstə qidalandırılmağa başlanıldı. Artıq yeddinci sutkada xəstə kafi vəziyyətdə evə ambulator müalicəyə göndərildi”.

 

Cərrah R.Poluxovun sözlərinə görə, bu əməliyyat ən müasir əməliyyatlardan sayılır. Xəstəyə koloanal anastomoz qoyulur. Bu zaman qarının ön divarında heç bir kəsik aparılmadığına görə kosmetik defekt yaratmır.

 

  

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017